BİZNES

ATİB-in rəhbərliyində dəyişiklik – YENİ ÜZVLƏR
06 MAY
398

ATİB-in rəhbərliyində dəyişiklik – YENİ ÜZVLƏR

2016-05-06 11:31:00

Mayın 5-də Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində təşkilatın Ümumi Yığıncağının növbəti iclası keçirilib. Birlikdən fins.az-a verilən məlumata görə, iclas Azərbaycan və Türkiyə şəhidlərinin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb.

Gündəliyə uyğun olaraq ATİB İdarə Heyətinin sədri Cemal Yangın İdarə Heyətinin 2015-ci il üzrə fəaliyyət hesabatını təqdim edib.

Daha sonra Təftiş komissiyasının sədri, ATİB üzvü olan Axa Mbask şirkətinin İdarə Heyətinin sədri Selçuk Adıgüzel 2015-ci il üzrə maliyyə hesabatları barədə komissiyanın rəyini təqdim edib.

Bundan sonra İdarə Heyətinə yeni üzvlərin seçilməsi məsələsinə baxılıb. İşlərinin yoğunluğu səbəbindən İdarə Heyətinin üzvü Rəşad Rəsullu və Azərbaycandakı iş həyatının bitməsi səbəbindən İdarə Heyətinin üzvü Ali Gümüş xahiş ediblər ki, onlar İdarə Heyəti üzvlüyündən azad edilsinlər. Onların yerinə Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Avni Demirci və Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev ATİB İdarə Heyətinə üzv seçiliblər.

Daha sonra ATİB Baş Katibi Pərvanə Hacıyeva 2016-cı il üçün büdcəsi təqdim etdi və sənədlər iclas iştirakçıları tərəfindən təsdiqləndi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272