BİZNES

Qanunsuz sahibkarların cəzası yüngülləşdirilir
04 MAY
311

Qanunsuz sahibkarların cəzası yüngülləşdirilir

2016-05-04 11:42:00

Azərbaycanda qanunsuz sahibkarlıqla məşğul olan şəxslər cərimə ödəməklə məsuliyyətdən azad oluna bilərlər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsinə təkilf edilən dəyişiklikdə öz əksini tapıb.

Eləcə də bax: Sahibkarlar üçün cəzalar yüngüləşdiriləcək – PREZİDENT

Belə ki, maddəyə əlavə ediləcək qeyd bölməsində göstərilir ki, bu Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törədən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur.

Xatırladaq ki, hazırda qanunsuz sahibkarlıqla məşğul olan şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişiklik Milli Məclisin mayın 6-da keçiriləcək plenar iclasına təklif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272