BİZNES

Daha bir tikinti şirkəti dələduzluqda ittiham olunur
02 MAY
407

Daha bir tikinti şirkəti dələduzluqda ittiham olunur

2016-05-02 12:25:00

Bakıda fəaliyyət göstərən daha bir tikinti şirkəti dələduzluqda ittiham edilir.

Fins.az-ın “Report”-a istinadən xəbərinə görə, Bakı şəhər sakini 37 yaşlı Elmira Süleymanova hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, B.Sərdarov küçəsi – 4 ünvanında yerləşən “Qlobal” MMC-nin inşa etdiyi binadan 36 739 manata mənzil alıb.

Lakin bir müddət sonra həmin binada tikinti işlərinin dayandırıldığını görüb. O, pulunu geri istəsə də, yalnız 1 500 manatını geri ala bilib. Pulun qalan hissəsi isə qaytarılmayıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275