BİZNES

Göyçayda yeni fabrik açılacaq
20 APREL
502

Göyçayda yeni fabrik açılacaq

2016-04-20 08:49:00

Yaxın vaxtlarda Göyçay rayonunda yeni istehsal müəssisəsi fəaliyyətə başlayacaq. Fins.az xəbər verir ki, “AzNar” QSC tərəfindən səhmləri alınan “Göyçay-Toxucu” ASC-nin istehsal profili dəyişdirilərək onun fəaliyyətinin yenidən bərpa edilməsi üçün işlərə başlanılıb.

Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədovun vəsaiti hesabına hazırda “Göyçay-Toxucu” ASC-nin binasında əsaslı yenidənqurma və təmir-bərpa işləri görülür. İnşaat işlərinə 70-ə yaxın işçi cəlb olunub. Keçmiş toxuculuq kombinatının bazasında yaradılacaq yeni fabrikdə mahlıcdan sapların əyrilməsi, parça toxunması və paltar tikilməsi üçün yeni istehsal sahələrinin yaradılması nəzərdə tutulur. Bu məqsədlə xarici ölkələrdən yeni avadanlıqlar alınaraq Göyçaya gətiriləcək.

İyirimi ildən çoxdur ki, fəaliyyətsiz qalan bu fabrik işə salındıqdan sonra burada 650-yə yaxın rayon sakini işlə təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275