BİZNES

Azərbaycanda bu şirkətin səhmləri 2 dəfə ucuzlaşdı
18 APREL
718

Azərbaycanda bu şirkətin səhmləri 2 dəfə ucuzlaşdı

2016-04-18 14:30:00

Azərbaycanın ən iri sement istehsalçısı olan “Holcim” şirkətinin (Qaradağ sement zavodunun) maliyyə vəziyyətinin pisləşməsi onun səhmlərini 2 dəfə ucuzlaşdırıb. Bu barədə fins.az-a açıqlamasında səhmlərin alqı-satqısı ilə məşğul olan “Kapital Menecment” investisiya şirkətinin Müşahidə Şurasının üzvü Cəfər İbrahimli bildirib.

Onun sözlərinə görə, “Holcim”in nominal dəyəri 20 manat olan 1 səhminin bazar dəyəri 2013-2014-cü illərdə 80 manat olub. Həmin illərdə zavod hər səhmə görə müvafiq olaraq 60 manat və 32 manat divident ödəyib.

Eləcə də bax: Devalvasiya Azərbaycanda Holcim-i vurdu – 100 MİLYON MANATA YAXIN ZƏRƏR

2015-ci ildə isə həm Azərbaycanda yaşayan iqtisadi çətinliklərlə əlaqədar qiymətli kağızlar, o cümlədən səhm bazarına maraq azalıb. Digər tərəfdən isə “Holcim”in özünün də maliyyə durumu pisləşib. Bütün bunlar da son nəticədə onun səhmlərinin bazar dəyərinin 80 manatdan 40 manata düşməsinə səbəb olub.

Şirkətin ötən ili 100 milyon manat ziyanla başa vurduğunu nəzərə alsaq, bu il səhmdarlara divident ödənilməyəcək. Bu isə “Holcim”in səhmlərinin bir qədər də ucuzlaşacağını proqnozlaşdırmağa imkan verir.

Qeyd edək ki, “Holcim” şirkəti Bakı Fond Birjasının listinqinə daxil edildiyinə görə, birjada onun səhmləri alınıb-satılır. C.İbrahimlinin sözlərinə görə, sifariş olarsa, həmin səhmləri almaq mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275