BİZNES

"Dövlət məhsulların müəyyən qismini alacaq"
12 APREL
216

"Dövlət məhsulların müəyyən qismini alacaq"

2016-04-12 17:55:00

Azərbaycanda "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin yaradılması yerli ərzaq məhsulları istehsalçılarına stimul verəcək.

Bunu  Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov deyib.

Onu sözlərinə görə, ərzaq məhsulları istehsalçıları dəqiq biləcək ki, onların dövlətin simasında 100 faizlik alıcısı var: "Dövlət onların istehsal etdiyi məhsulların müəyyən qismini alacaq".

E.İbrahimov qeyd edib ki, ASC-nin əldə etdiyi məhsullar uşaq bağçaları, hərbi hissələr və digər müəssisələrin ərzaq məhsullarına olan tələbatı qarşılamağa yönəldəcək:

"Daha əvvəllər bu müəssisələrə dövlət büdcəsindən vəsait ayrılırdı ki, onlar ərzaq məhsullarını ala bilsinlər. Məsələn, cari ildə dövlət büdcəsində bu xərclər üçün 309 milyon manat nəzərdə tutulub. Bir sıra hallarda müəssisə idxal edilmiş məhsulları alırdı, lakin ASC-nin yaradılması qida məhsullarının idxalını azaltmağa və yerli məhsul istehsalçılarını təşviq etmək üçün şərait yaratmağa imkan verəcək".

O əlavə edib ki, bu, kənd təsərrüfatı məhsullarının istehsalının həcmini artırmağa və həmin məhsulların qiymətinin azalmasına gətirib çıxaracaq.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272