BİRJA

Mərkəzi Bankın Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilib
20 SENTYABR
125

Mərkəzi Bankın Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilib

2019-09-20 15:47:00
20 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50202276S dövlət qeydiyyat nömrəli, 30 mln manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı  97.8314 AZN (9.50%) və 98.6195 AZN (6.00%) olan 14 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 147,592,200.00
 AZN olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.6111 AZN (6.04%), orta ölçülmüş qiyməti 98.6127 AZN (6.03%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi               
30,000,000.00 AZN təşkil etmişdir. 
Notların ödəmə tarixi 16.12.2019
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır