BİRJA

AMERİKADA İNFLYASİYA DAHA SÜRƏTLƏ ARTIR
13 SENTYABR
106

AMERİKADA İNFLYASİYA DAHA SÜRƏTLƏ ARTIR

2019-09-13 12:47:00

Beynəlxalq maliyyə bazarlarında Amerikada istehlak qiymətləri indeksi proqnozlaşdırılandan daha yaxşı açıqlanıb.

Amerikada inflyasiya proqnozlaşdırılandan daha çox artıb. Neft qiymətləri isə azalmaqda davam edir. 

Amerikanın statistika idarəsinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, istehlak qiymətləri indeksi avqust ayında illik müqayisədə 1.7%, istehlak qiymətlərinin baza indeksi isə 2.4% artıb. 

Mütəxəssislər isə istehlak qiymətlərinin illik müqayisədə 1.8%, baza indeksinin isə 2.3% artacağını proqnozlaşdırılır. 

Beləliklə, ölkədə neft və ərzaq qiymətlərində ucuzlaşma ümumi göstəricinin həm baza indeksinin, həm də proqnozların altında açıqlanmasına səbəb olub. Baza indeksi isə proqnozlaşdırılandan 0.1% yüksək dərc edilib. 

Qeyd etmək lazımdır ki, baza indeksi hesablanarkən enerji və ərzaq məhsulları qiymətləri nəzərə alınmır. Avqust ayında Avropanın Brent neftinin bir barel üzrə qiyməti ucuzlaşaraq, cari ilin minimum səviyyələrinə yaxın ticarət edilib. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır