BİRJA

"EVRASCON" səhmdarlarına dividend ödəyəcək
16 MAY
135

"EVRASCON" səhmdarlarına dividend ödəyəcək

2019-05-16 09:36:00

İyunun 23-də, saat 11:00-da Avro-Asiya İnşaat Korporasiyası - "EVRASCON" ASC-nin səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək.

Fins.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 8 ünvanında olacaq.

Yığıncağın gündəliyinə Korporasiyanın ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının, yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi, səhmdarlara dividendlərin hesablanması məsələləri daxildir.

Xatırladaq ki, "EVRASCON" ASC 2003-cü ildə yaradılıb. Səhmdar cəmiyyəti 1968-ci ildə Bakıda SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində yaradılmış və 2001-ci ildə adını "Azərkörpü" ASC-yə dəyişmiş "Körpütikintidəstəsi-100" müəssisəsinin hüquqi varisidir. Onun nizamnamə kapitalı 377 290 manatdır. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027