BİRJA

Neftin qiymətindən yeni xəbər
27 DEKABR 2018
493

Neftin qiymətindən yeni xəbər

2018-12-27 17:47:00

Neftin qiymətində 2016-cı ildən bəri ən böyük gündəlik artım qeydə alınıb. Fins.az xəbər verir ki, Milad bayramından sonra, dünən “Brent” markalı xam neftin bir barrelinin qiyməti 5 dollar artaraq 55 dolları ötüb. Bu, 2016-cı ildən indiyədək “qara qızıl”ın qiymətində qeydə alınan ən böyük gündəlik artımdır. Analitiklərə görə, neftin qiyməti qarşıdakı günlərdə 50-55 dollar/barrel səviyyəsində dəyişəcək. Gələn il “Light” markalı xam neftin qiymətinin 50-60 dollar/barrel, “Brent”in qiymətinin isə 58-70 dollar/barrel aralığında dəyişməsi gözlənilir.

Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 53,63 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 45,54 dollara alıcı axtarır.

© AZƏRTAC 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266