BİRJA

MOV – Movado Group, Inc yaxşı gəlir vəd edir - Proqnoz
07 DEKABR
127

MOV – Movado Group, Inc yaxşı gəlir vəd edir - Proqnoz

2018-12-07 10:14:00

Üçüncü rüb üzrə maliyyə hesabatı dərc olunduqdan sonra Movado Qrupunun səhmləri təxminən 13% yüksəldiyi məlum olub. Bir neçə sahədə irəliləyiş nəticəsində Movadonun gəlirləri 10%, düzəliş edilmiş mənfəəti də ikirəqəmli faiz artırıb Şirkətin icraçı direktoru Efraim Grinberg ümid edir ki, son zamanlarda MVMT-nin satın alınması və ABŞ-da, həmçinin beynəlxalq səviyyədə davamlı orqanik inkişafın əldə edilməsi ilə Movado minlərlə müştərisi ilə öz brendini qura biləcək.

Fins.az AzFinance İnvestisiya şirkətinə istinadən xəbər verir ki,  MOV – Movado Group, Inc –in gündəlik artımı +12,55%di. Şirkətin kapitallaşması 958,709 milyon dollardı. Adı çəkilən şirkətin bir səhminin qiyməti 5 dekabr tarixinə 41.51 dollar olub.

MOV – Movado Group, Inc xalis mənfəəti 15,225 milyon dollardı. 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255