BİRJA

“ADA” Universiteti Bakı Fond Birjasının “Listinq Məsləhət Proqramı”na qoşulub
03 DEKABR
82

“ADA” Universiteti Bakı Fond Birjasının “Listinq Məsləhət Proqramı”na qoşulub

2018-12-03 16:17:00

Bakı Fond Birjası (BFB) ilə “ADA” Universiteti arasındaAzərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqinə yönəlmiş – “Listinq Məsləhət Proqramı”(LMP) üzrə əməkdaşlıq haqqında saziş imzalanmışdır.

Sazişin məqsədi elm və təcrübə arasında əlaqələrin möhkəmlənməsi, qabaqcıl elmi biliklərin təcrübədə tətbiqi, kapital bazarları üzrə yüksək ixtisaslı mütəxəssislərin formalaşmasına tövhə verməkdir.

Sazişə əsasən Azərbaycanda kapital bazarları üzrə insan resurslarının inkişaf etdirilməsi, o cümlədən proqrama müraciət etmiş şirkətlərə BFB-də listinqə daxil olmaları üçün təlim ehtiyaclarının ödənişsiz əsaslarla müəyyən edilməsi və təmin edilməsi, onların investisiya imkanlarının dəyərləndirilməsi istiqamətlərində ilə birgə əməkdaşlıq nəzərdə tutulur.Eyni zamanda, razılaşmaya əsasən Universitetin tələbələri üçün BFB-də təcrübə proqramları və karyera imkanları istiqamətləri inkişaf etdiriləcəkdir.

BFB-nin Listinq Məsləhət Proqramının məqsədi kapital bazarı vasitəsi ilə şirkətlərə dayanıqlı maliyyələşməyə dəstək göstərmək və Azərbaycan kapital bazarlarını təşviq etməkdir.

Proqram çərçivəsində, şirkətlərə kapital bazarlarından effektiv maliyyələşmənin təmin edilməsi istiqamətində maliyyə, audit, hüquq, investisiya, ictimaiyyətlə əlaqələr, biznes idarəçiliyi üzrə zəruri dəstəkləyici xidmətlər təqdim edilir. BFB-nin LMP layihəsi üzrə tərəfdaşları ölkənin audit, investisiya, hüquq, ictimaiyyətlə əlaqələr sahələri üzrə ixtisaslaşmış qabaqcıl şirkətləridir.

Listinq Məsləhət Proqramının xidmətlərindən istifadə etmək üçün Azərbaycanda fəaliyyət göstərən istənilən yerli şirkət BFB-yə müraciət edə bilər. LMP çərçivəsində göstərilən xidmətlərdən istifadə ödənişsizdir.

“ADA” Universiteti Azərbaycanda beynəlxalq nüfuzlu təhsil ocağı olmaqla diplomatiya, ictimai və beynəlxalq münasibətlər, biznes, təhsilin idarəedilməsi, informasiya texnologiyaları və mühəndislik istiqamətlərində bakalavr və magistr proqramları tədris edir.

 Universitetin Biznes Məktəbi və İxtisasartırma Proqramları regionda aparıcı yerləri tutmaqla, qlobal səviyyəli mütəxəsisislərin formalşmasında töhfə verməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256