BİRJA

Kriptopul bazarı yenidən dəyər itirir
27 NOYABR
126

Kriptopul bazarı yenidən dəyər itirir

2018-11-27 14:52:00

"Bitcoin"nin məzənnəsi son 1 gündə 6,18% ucuzlaşaraq 3 798 dollara kimi azalıb. Nəticədə kriptovalyutanın bazar dəyəri 66,081 mlrd. dollar həddinə enib.

Fins.az xəbər verir ki, ilk yüzlükdə qərar tutan kriptovalyutaların 92%-i dəyər itirib. Rəqəmsal valyuta bazarının toplam həcmi 124,432 mlrd. dollara düşüb.

“Ripple”ın məzənnəsi 5,9% ucuzlaşaraq 0,356 dollara enib. Altkoinin bazar dəyəri 14,358 milyard dollar həddində qərarlaşıb.

"Ethereum" son sutkada 7,78% azalıb və 108 dolların altında mübadilə edilir. Bu kriptopulun kapitallaşması 11,075 milyard dollar kimi geriliyib. Top onluqdan yalnız “Bitcoin Cash” dəyər qazanıb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 11.35-ə olan məlumatları aşağıdakı kimidir.

Eləcə də bax: İnvestisiya şirkətləri CETA sisteminə qoşulmağa hazırlaşır

©Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256