BİRJA

ABŞ şirkətləri sürətlə ucuzlaşır - Birjalarda nə baş verir ?
11 OKTYABR
122

ABŞ şirkətləri sürətlə ucuzlaşır - Birjalarda nə baş verir ?

2018-10-11 09:54:00

ABŞ-ın 10 illik istiqrazının faizinin 3.23%-ə yüksəlməsi və Çinlə davam edən "ticarət müharibəsi"nə dair narahatlıqların yenidən artması nəticəsində ABŞ şirkətlərinin səhmlərində böyük ucuzlaşma baş verib. Kompüter şirkətlərinin səhmlərində Donald Trampın prezident seçilməsindən bu yana ən uzunmüddətli  ucuzlaşma yaşanıb, "Boeing" və "Caterpillar" şirkətlərinin səhmləri 5%-ə yaxın dəyərdən düşüb.

Fins.az xəbər verir ki, çərşənbə günü Nyu-York birjası son dövrlərin ən pis əməliyyat gününü keçirib, Nasdaq Texnologiya İndeksi 4%-dən çox düşərək son 2 ilin, "Dow Jones" və "Standard & Poor's 500" indeksləri isə müvafiq olaraq 3,15 faiz və 3,29 faiz düşərək son 8 ayın ən böyük itkilərini veriblər.

Analitiklər, qiymətli kağızlarındakı ucuzlaşmanı, ABŞ dövlət istiqrazı faizlərinin son 7 ilin ən yüksək səviyyələrinə qalxması ilə əlaqələndirirlər. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259