BİRJA

Bu şirkət səhmdarlarına yaxşı gəlir vəd edir
02 OKTYABR
236

Bu şirkət səhmdarlarına yaxşı gəlir vəd edir

2018-10-02 16:36:00

Enphase Energy Inc - günəş enerjisi əsasında işləyən ev enerji məhsulları üçün proqram təminatı hazırlayan və istehsal edən bir şirkətdir. AzFinance investisiya şirkətindən Fins.az-a verilən məlumatına görə, yeni tərəfdaşlıq razılaşması elan edildikdən sonra səhmlər cümə axşamı günü 9% artıb. Enphase, Sunpro üçün inverterlərin eksklüziv təchizatçısı olacaq. Ev şəraitində günəş enerjisinin saxlanılması üçün əlverişli olan yeni səkkizinci nəsil Enphase inverterləri müştərilərin məmnuniyyətinə səbəb olub. Şirkətin gündəlik artım göstəricisi +8.81% təşkil edir. Adı çəkilən şirkətin kapitallaşması isə 515.48 milyon dollardı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253