BİRJA

“Ripple” ötən cümə etdiyini yenə edəcəkmi?
26 SENTYABR
123

“Ripple” ötən cümə etdiyini yenə edəcəkmi?

2018-09-26 12:58:00

Bazar dəyərinə görə üçüncü kriptovalyuta olan “Ripple”ın məzənnəsi son 1 gündə 17,16% artaraq 0,53 ABŞ dollarına çatıb.

Fins.az Finans.az-a istinadən xəbər verir ki, kriptovalyutanın bazar dəyəri həftə ərzində 13 milyard dollardan 21,199 milyard dollara kimi və ya 63% artıb.

Ötən cümə altkoin qısa müddətə də olasa 2017-ci ilin dekabırından ilk dəfə olaraq ikinciliyi “Ethereum”un əlindən aldı. Həmin zaman altkoinin bazar dəyəri 26,1 milyard idi.

“Ethereum” hazırda 21,919 milyard dollar kapitallaşma ilə ikinci yerdə gedir. Kriptopul 214 dollar ətrafında mübadilə edilir.

Birinci kriptovalyuta isə son 24 saat ərzində 0,52% bahalaşaraq 6 470 dollar olub. “Bitcoin”in bazar dəyəri 111,865 milyard dollar təşkil edir.

İlk yüzlükdə qərar tutan kriptovalyutaların 90%-i dəyər qazanıb. Bununla da rəqəmsal valyuta bazarının toplam həcmi 213,022 mlrd. dollara qalxıb.

“Ripple” ötən cümə etdiyini yenə edəcəkmi?
“Ripple” ötən cümə etdiyini yenə edəcəkmi?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259