BİRJA

Rusiya qiymətli kağızları təzyiq altındadır - Proqnoz
11 SENTYABR
219

Rusiya qiymətli kağızları təzyiq altındadır - Proqnoz

2018-09-11 09:15:00
Fins.az AzFinance investisiya şirkətinin Rusiya qiymətli kağızları barədə proqnozlarını təqdim edir.
•Rusiya dövlət istiqrazlarının xarici investorlarda olan hissəsi 2016-dan bu yana ən aşağı səviyyəsinə enib, 10-illik istiqrazlar üzrə faiz dərəcəsi isə kəskin qalxıb – bu xarici investorların Rusiyaya mümkün sanksiyalardan artıq təsirləndiyini göstərir
•Yeni sansksiyalar ABŞ investorlarına rubl istiqrazlarını almağı və böyük rus banklarına dollarla əməliyyat aparmağı qadağan edə bilər
•Rusiya Maliyyə Nazirliyi faizlərin çox yüksəlməsinə görə bu həftəki istiqraz satışı hərracını ardıcıl ikinci dəfə ləğv etdi
•Maliyyə Nazirinin müavini artan volatilliyə qarşı ilk addım olaraq əlavə istiqraz satışının dayandırıla biləcəyini açıqladı
•Əlavə olaraq o bildirdi ki, nazirlik volatilliyin daha çox artması şəraitində öz istiqrazlarını geri almağı da nəzərdən keçirə bilər
•Onu da qeyd eləmək lazımdır ki, Rusiya Mərkəzi Bankının sədri ötən həftə qeyd etdi ki, Mərkəzi Bank artan inflyasiyanın qarşısının alınması üçün 2014-cü ildən bu yanailk dəfə faiz artımını nəzərdən keçirə bilər – Lakin biz faizlərin bir müddət daha, ən azından bu həftəki toplantıda sabit saxlanılacağını düşünürük
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257