BİRJA

"SOCAR Polymer” şirkətinə yeni səhmdar daxil ola bilər
30 İYUL
190

"SOCAR Polymer” şirkətinə yeni səhmdar daxil ola bilər

2018-07-30 10:47:00

“SOCAR Polymer” MMC-yə yaxın vaxtlarda yeni özəl səhmdarın daxil olması nəzərdə tutulub. Fins.az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, bunu “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov bildirib. O, potensial səhmdarın adını açıqlamayıb.

F. Cəfərov qeyd edib ki, SOCAR-ın “SOCAR Polymer” şirkətində payı 50%-dən aşağı düşməyəcək: “Yəni, əsas nəzarət payı SOCAR-da  qalacaq. Hazırda şirkətdə SOCAR-dan başqa, “Vitol Black Sea V.L.L” 19%, “Paşa Holding” 10%, “Gilan Holding” (“Ecoland”) 10%, “Azərsun Holding” 5% civarında paya malikdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259