BİRJA

"Bu coin kriptovalyutların kralıdır"
29 İYUL
418

"Bu coin kriptovalyutların kralıdır"

2018-07-29 11:22:00

Litecoin-in təsisçisi Çarli Li Asiya Blockchain Zirvəsi (Tayvan) əsnasında verdiyi açıqlamada Litecoin-lərinin əksəriyyətinin satması səbəbi, Litecoin, Bitcoin və XRP haqqında edilən müqayisələr və buna bənzər bir neçə mövzu haqqında danışıb.

Çarli öz Litecoin-lərini satdığı zaman tənqid olunmuşdu. Onun xüsusilə qiymətlərin yüksək olduğu vaxtda belə addım atması yaxşı qarşılanmırdı. Həmin vaxt Çarli Li yazdığı “tweet”-də satış etdiyi tarixlərdəki qiymət fərqinin 205 dollar olduğunu açıqlamışdı:

“Ümumilikdə 3 mərhələdə satış reallaşdırdım: 12/8 tarixində 96 dollara, 12/11 tarixində 155 dollara və 12/18 tarixində 350 dollara. Onlardan əldə etdiyim orta qiymət 205 dollardır”.

Müsahibə zamanı Li 2 həftə düşündüyünü və Litecoin-ləri satdıqdan sonra rahatlaşdığını bildirib. Onun bu qərarının əsas səbəblərindən biri öz coinlərinin tərəfini saxlaması iddilarından sonra yaşadığı narahatlıq olub. Bəziləri Litecoin-in təsisçisinin bazarın inkişafındansa Litecoin-in inkişafına diqqət ayırdığını düşünürdülər və haqsız bir ittiham hesab olunmaya bilər.

Bu il Litecoin yenilik və tərəfdaşlıqla bağlı adından söz etdirdi. Litecoin-in “Twitter”-də başlatdığı #PayWithLiteCoin kampaniyası ilə yanaşı yeni birjalarda siyahıya alınması da diqqət çəkdi. Mayın 8-də kampaniyanın elan edilməsindən sonra Litecoin-in öz 5-ci mövqeyini EOS-a verməsini də söyləmək lazımdır. Kampaniyanın xüsusilə uğurlu olduğunu demək olar. Bundan başqa Litecoin “Robinhood” birjasında siyahıya alınmış və səyahət firmaları, turizm sənayesi, hətta kiçik diametrli dərman firmaları ilə belə əməkdaşlığa başlamışdı.

Litecoin-in bu il etidiyi ən mühüm yenilik isə “TokenPay” və “Weg Bank” ilə əməkdaşlığı oldu. Çarli Li iyulun 11-də “Twitter”-də verdiyi açıqlamada “Litecoin Foundation” və mərkəzsiz ödəniş platforması “TokenPay”-in “WEG Bank AG”-i almaq üçün güclərini birləşdirdiyini söyləmişdi.

Li həmçinin BTC-nin “rəqəmsal qızıl”, LTC-nin isə “rəqəmsal gümüş” olduğunu vurğulayıb.

Mütəxəssis Bitcoin-in rəqəmsal qızıl olması qənaətini dünya bazarındakı qızılın dəyəri ilə əlaqələndirib və BTC ilə qızılı müqayisə edib. Daha sonra o “kriptovalyuta dünyasında rəqəmsal almaz varmı” sualını XRP üzərindən bir növ istehza ilə belə cavablandırıb:

“Bir çox ehtimal var. Ripple bir qədər almaz kimi görünür, çünki bunun ərz miqdarına da süni olaraq nəzarət edilir. Əgər evlilik üçün Ripple almaq istəyirsinizsə, bu həqiqətən çox qiymətlidir”.

Li iyulun 20-də Stellar haqqında da danışmışdı. Stellar da XRP-nin rəqiblərindən biridir və hər iki kriptovalyutanın ortaq qurucusu var: Ced Makkaleb.

Çarli Stellar-ın “çapdan çıxmış” bir kriptovalyuta olduğunu və yalnız mərkəzsiz, mədənçiliyi edilə bilən coinlər ilə maraqlandığını qeyd etmişdi.

Bundan əlavə, yazdığı “tweet”-də Litecoin-in XRP və Stellar-ı keçərək 4-cü pillədə qərarlaşması təsvir olunub.

Li son olaraq Bitcoin-in məğlubedilməz və kriptovalyutaların kralı olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255