BİRJA

İnvestisiya şirkətlərinin - RENKİNQİ
07 İYUN
226

İnvestisiya şirkətlərinin - RENKİNQİ

2018-06-07 12:54:00

BFB-də ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi(2018-ci il yanvar-may ayları üzrə) məlum olub. Fins.az BFB-nin hesabatına istinadən xəbər verir ki, Azərbaycanda investisiya şirkətləri arasında ən böyük məbləğdə repo əməliyyatları həmişəki kimi AzFinance İnvestisiya şirkətinə məxsus olub. Adı çəkilən investisiya şirkəti  599,877,134.54 manat dəyərində repo əməliyyatı həyata keçirib. Unicapital və Kapital Menecment investisiya şirkətləri bu sahədə heç bir əməliyyat etməyiblər.

Qiymətli kağızların səhm növündə də ən çox əməliyyat məbləği AzFinance İnvestisiya şirkətinə məxsus olub. Belə ki, şirkət 83,311,898.18 manat dəyərində dövriyyə həyata keçiriblər. Bu sahədə ən az dövriyyə 5,185.80 manatla İnvest-Az –a və 4,668.00 manat göstərici ilə Xalq Kapitala məxsus olub.

İnvestisiya şirkətlərinin ticarət bazarları üzrə digər dövriyyəsi aşağıdakı cədvəldə əks olunub.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256