BİRJA

Azərbaycan neftinin 1 bareli neçəyə satılır?
07 İYUN
318

Azərbaycan neftinin 1 bareli neçəyə satılır?

2018-06-07 09:27:00

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 5-də 75,71 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,63 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 5-də 74,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,57 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 5-də 72,19 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,64 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 5-də 73,19 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,57 dollar/barel azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249