BİRJA

AMEA “Yüksək Texnologiyalar Parkı” BFB-nin Listinq Məsləhət Proqramına qoşulub
23 MAY
254

AMEA “Yüksək Texnologiyalar Parkı” BFB-nin Listinq Məsləhət Proqramına qoşulub

2018-05-23 16:22:00

Bakı Fond Birjasının Kapitalbazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə yeni tərəfdaş olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  “Yüksək Texnologiyalar Parkı”  qoşulmuşdur.

Bununla əlaqədar olaraq, 23 May 2018-ci il tarixində “Listinq Məsləhət Proqramı” -na qoşulma haqqında saziş imzalanmış və bu münasibətlə BFB-də “Açılış zəngi” mərasimi keçirilmişdir.

Sazişə əsasən BFB YTP-nin rezidenti olan şirkətlərinin Fond Birjası vasitəsilə maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsinə, təlim proqramlarının təşkil edilməsinə, eləcədə YTP-nin  BFB vasitəsilə maliyyələşmə həllərinin öz xidmət kataloquna daxil edilməsi nəzərdə tutulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256