BİRJA

"Çin" ən yaxşı 28 kriptovalyutanın siyahısını dərc edib
18 MAY
127

"Çin" ən yaxşı 28 kriptovalyutanın siyahısını dərc edib

2018-05-18 12:38:00

Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinə bağlı Çin Elektron Məlumat Sənayesi İnkişaf Bölümü (CCID) aralarında Bitcoin, Ethereum, Litecoin, Monero, Neo, QTUM, Ripple və Zcash kimi kriptovalyutaların olduğu ümumilikdə 28 kriptovalyutanı analiz edib, nəticələri müstəqil olaraq dərc edəcəyini qeyd etmişdi.

Çin hökuməti bu təhlillərin yaxın gələcəkdə keçiriləcəyini bildirsə də, bir çox istifadəçi bunun tezliklə dərc olunacağını gözləyirdi.

CCID sıralamanın və analizin kriptovalyutanın tərkibində saxladığı texnologiya, yenilik kriteriyaları baxımından qiymətləndirildiyini ifadə edib, lakin üsulunu ətraflı göstərməyib.

Siyahının ilk sırasında Ethereum qərarlaşıb. Bitcoin [BTC] isə 13-cü yerdədir.

2-ci pillədə Steem, 3-də isə Lisk gəlir.

ABŞ-da “Weiss” kimi maliyyə reytinqi agentlikləri daha əvvəl kriptovalyutalar haqda reytinqlər hazırlasa da, bunlar əsasən ticarət yönümlüdürlər. Cədvəlin tam forması aşağıda göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273