BİRJA

Kriptovalyuta reklamlarına daha bir qadağa
16 MAY
194

Kriptovalyuta reklamlarına daha bir qadağa

2018-05-16 17:43:00

Kriptovalyuta marketoloqlarına daha bir zərbə vurulub. “Bing” axtarış motorunun reklam platforması olan “Bing Ads” kriptovalyuta satışı ehtiva edən, təklif verən və bununla bağlı digər reklamları qadağan etmək qərarına gəlib.

“Facebook”, “Google” və “Twitter” kimi platformalardan sonra “Bing” də oxşar addım atıb.

“Bing”-in reklam planlaşdırma şöbəsinin müdiri Melissa Alsoszatay-Pezeo qərar haqda bunları bildirib:

Eləcədə Bax: Yeni Çin möcüzəsi: Nə üçün "Xiaomi" 100 milyard dollar ola bilər

“Kriptovalyuta və onunla əlaqəli məhsullara hər hasnı bir sanksiya tətbiq olunmadığı üçün onların istifadəçilərimizdə bəzi mənfi xarakterli risklər yarada biləcəyini bilirik. Başqa sözlə, kriptovalyuta reklamları istifadəçilərimizi aldatmağa yönəlmiş risklər daşıyır”.

“Bing Ads” kriptovalyutalar, onlarla bağlı məhsullar və tənzimlənməmiş ikili seçimlərin hamısını saxtakarlığa səbəb olacağı düşüncəsiylə qadağan edir.

Yenilənmiş məhsul və xidmətlər siyasəti iyun ayında qlobal səviyyədə həyata keçiriləcək və bununla bağlı qərarlar iyun ayının sonu və ya iyulun ortalarından etibarən veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253