BİRJA

Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 mln manat təşkil edib -Mərkəzi Bank
16 MAY
253

Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 mln manat təşkil edib -Mərkəzi Bank

2018-05-16 16:10:00

16 may 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB)50101967S dövlət qeydiyyat nömrəli,250 mln manat həcmində,28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 15investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) olan 25 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 626 173 400,00 AZN olub

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%)müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000000 AZN təşkil edib.

Notların ödəmə tarixi 13.06.2018

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256