BİRJA

Broyler müəssisəsi nizamnamə kapitalını artırır
14 MAY
355

Broyler müəssisəsi nizamnamə kapitalını artırır

2018-05-14 09:34:00

İyunun 29-da, saat 15:00-da “Səba” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək. Fins.az“Report”-a istinadən xəbər verir ki, yığıncaq broyler müəssisəsinin inzibati binasının yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında olacaq.

Yığıncağın gündəliyinə “Səba”nın kənar investor cəlb etmədən nizamnamə kapitalının artırılması, bununla bağlı səhmdar cəmiyyətin nizamnaməsində müvafiq dəyişikliklərin edilməsi və onun yeni redaksiyada qəbul olunması, qurumun 2017-ci il üçün illik (maliyyə) hesabatlarının təsdiq edilməsi, ötən ilin nəticələrinə görə dividend ödənilməsi, kənar auditorun seçilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Səba” ASC 1981-ci ildən fəaliyyət göstərən Dəvəçi Quşçuluq Fabrikinin bazasında 1996-ci ildə yaranıb. Hazırda Onun nizamnamə kapitalı 4 790 592 manatdır. Müəssisə “Səba” şirkətlər qrupuna daxildir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259