BİRJA

İlin sonuna kimi bitcoinin qiyməti belə olacaq
10 MAY
155

İlin sonuna kimi bitcoinin qiyməti belə olacaq

2018-05-10 12:46:00

Bu il Bitcoin üçün olduqca qeyri-stabil keçir. 2017-ci ili böyük uğurla başa vurmasından sonra BTC bu ilin əvvəlində sürətlə dəyər itirdi. Ancaq toparlanmağa çalışdığını söyləmək olar.

Ötən aya baxdıqda Bitcoin-in qiymətinin təxminən 50% artdığını və 10 min dollara yaxınlaşdığını görərik. Bəzi mütəxəssislər ilin sonuna kimi BTC-nin 15 min çollara çatacağını söyləyirlər.

Sektora ümumi halda baxdıqda indiyədək bir çox hadisələrin yaşandığının şahidi olarıq.Həmin hadisələrin əksəriyyəti bazara zərbə vurdu. Bunlardan ən böyüyü bankların kredit kartları ilə kriptovalyuta ticarətini məhdudlaşdırması oldu. Digər proses Bitcoin gələcəkli müqavilələrin bazara çıxarılmasıyla yaşanan qiymət enişidir.

Əksinə, son vaxtlar yaşanan müsbət hadisələr Bitcoin-in bahalaşmasına təkan verir. Məsələn, “Goldman Sachs” kriptovalyuta bazarına daxil olacağını açıqladı. Bu da bazarda canlanma yaratdı və kriptovalyutaların ənənəvi maliyyə sektoruna inteqrasiyasını sürətləndirdi. Həmçinin, kriptovalyuta birjalarının lisenziyalaşdırılması da müsbət xəbərlərin içərisindədir.

“Goldman Sachs”-ın kriptovalyutalara bağlı cihazları da bazara çıxaracağı gözlənilir. “Intercontinental Exchange” də institusional investorların kriptovalyuta almalarını təmin edəcək yeni platforma üzərində çalışdığını açıqlayıb.

Bu müsbət dəyişikliklər Bitcoin-in qiymətinə necə təsir edəcək? Demək olar ki, bu, tələbat və təchizat balansından asılı olacaq. Həm tələbin, həm də təklifin ilin sonunadək artması gözlənilir. Buna görə mütəxəssislər ilin sonunadək Bitcoin-in 15 min dollara yüksələcəyini proqnozlaşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276