BİRJA

Bill Qeytsə irad: “Sözünün ağasısansa, Bitcoin haqda dediyini et”
10 MAY
339

Bill Qeytsə irad: “Sözünün ağasısansa, Bitcoin haqda dediyini et”

2018-05-10 01:27:00

“Microsoft”-un təsisçisi Bill Qeyts bir müddət əvvəl kriptovalyutalar haqqında danışaraq onun olsa, Bitcoin-i satacağını söyləmişdi. Bitcoin-in ilk milyarderi sayılan Vinklevoss əkizlərindən biri – Tayler Vinklevoss Bill Qeytsi sözünün üstündə durmağa və pullarını Bitcoin-in enməsinə yatırmağa dəvət edib.

Məşhur şəxslərin açıqlamaları Bitcoin üçün vacibdir. Ceymi Daymon və Varren Baffetdən sonra “CNBC”-nin “Squawk Box” proqramında iştirak edən Bill Qeyts də maraqlı şərhlərlə yadda qaldı. O, bu açıqlamanı vermişdi:

“Bitcoin bir varlıq növü olaraq nəyisə istehsal etmir və buna görə qiymətin yüksəlməsini gözləməməlisiniz. Bu, “böyük axmaq nəzəriyyə” şəklində bir investisiyadır. Asan olsaydı, Bitcoin-i açıq şəkildə satardım”.

“CBOE” Bitcoin gələcəkli əməliyyat müqavilələri çıxartmağa ötən ilin dekabr ayında, Bitcoin-in 20 min dollara yüksəldiyi dönəmdə başlamışdı. Tayler Vinklevoss “CBOE”-nin təklif etdiyi bu əməliyyatları nümunə göstərərək Bitcoin-in açığa satıla biləcəyini söyləyib.

“CBOE” və “CME Group” Bitcoin-də müddətli əməliiyat etmək imkanı təqdim edəcəyini bildirdikdə, çoxları Bitcoin-in artacağını düşünürdü. Həmin vaxt onsuz da yüksəlişdə olan Bitcoin-in dəyəri sürətlə artdı. Amma sözügedən təklif bazara çıxarıldıqdan sonra insanlar Bitcoin-i asanlıqla sata bildilər və qiymətdə eniş başladı.

Lakin Bitcoin hələ də bir çox dəstəyə sahibdir, xüsusilə kriptovalyutanı qızılla müqayisə edən Vinklevoss əkizləri onun yüksələcəyinə inanırlar.

“Berkshire Hathaway”-in vitse-prezidenti Çarli Manqer Bitcoin-i sərt şəkildə tənqid edərək onun “yeni formalaşmış körpə beyninin ticarət etməsinə” bənzədiyini bildirmişdi:

“Körpə ağlı ilə ticarət edərək ciddi pul qazana biləcəyinizi söyləsəm, bunu edərsinizmi? Bunun etik olduğunu düşünürsünüzmü? Fikrimcə, Bitcoin də bunun kimi bir şeydir”.

“Bütün bunları çox xəstə və kobud şəkildə görürəm. Hər insanın özünə etməyə qadağa qoyduğu fəaliyyətlər olmalıdır və Bitcoin də onlardan biridir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276