BİRJA

“Binance”-dan ICO-larla bağlı mühüm açıqlama
08 MAY
211

“Binance”-dan ICO-larla bağlı mühüm açıqlama

2018-05-08 17:44:00

Ən böyük kriptovalyuta birjalarından olan “Binance”-ın CEO-su Zhao Çanqpenq bir neçə gün əvvəl ICO-larla bağlı açıqlama verib. Çanqpenq saxtakarlıq riski daşıdığına baxmayaraq, ICO-ların investorlar tərəfindən ənənəvi risk kapitalı modelinə üstünlük verildiyini bildirib.

O, açıqlamasında ənənəvi investisiya modellərini hədəf alıb. ICO-larla pul toplamağın ənənəvi üsullardan 100 qat daha asan olduğnu qeyd edən Çanqpenqin fikirləri böyük marağa səbəb olub.

Qısa vaxtda ən böyük kriptovalyuta birjalarından birinə çevrilən “Binance”-ın mövcud mövqeyi nəzərə alındıqda, bu açıqlama olduqca vacib hesab edilə bilər. ABŞ mərkəzli investisiya sərmayəsi firması olan “Sequoia” ilə yaşadığı gərginlikdən sonra Çanqpenqin bu fikirləri çaşdırıcı nəticələr yarada bilər.

Mütəxəssis hazırladığı bloq yazısında risk sərmayəsi mütəxəssislərinin böyük bir əksəriyyətinin investisiya etdikləri sahə və layihələr haqqında kifayət qədər məlumata sahib olmadıqlarını” iddia edir:

“Risk sərmayəsi mütəxəssislərinin əksəriyyətinin startap təcrübəsi yoxdur. Hətta onların maraqlandığı sahələr üçün hazırlanmış texnologiyalara dair əsas bilikləri də çox azdır”.

ICO-ların müvəffəqiyyətsizliklə nəticələndiyi düşüncəsini rədd edən Çanqpenq ənənəvi risk sərmayəsi firmalarının investisiya etdiyi layihələrə nisbətən ICO layihələrinin daha böyük bir uğur əldə edəcəyinə inandığının vurğulayıb.

ICO-ların əksəriyyəti yeni startap layihələri ilə bağlı və bu layihələrin ənənəvi startaplarda olduğu kimi böyük uğursuzluğu riski altındadır. Əksər ICO investoru bunun fərqindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277