BİRJA

Bitcoin Cash-ə böyük dəstək
24 APREL
85

Bitcoin Cash-ə böyük dəstək

2018-04-24 10:02:00

Kriptovalyuta sənayesində həmişə olduğu kimi səhnə arxasında maraqlı hadisələr baş verir. Məsələn, son vaxtlarda “Antpool” qeyri-adi davranışlar sərgiləyir. Sərf olunan Bitcoin Cash-lərin xərclənməyən, nəzarətsiz ünvanlara göndərilməsiylə başlayan “mədən yandırma” polemikası qrupu maraqlı bir yola gətirib.

“Antpool”-un kiçik miqdarda Bitcoin Cash-i sərf olunmayacaq ünvana göndərməsi çoxlarını çaş-baş saldı. Komanda bu qeyri-adi yaxınlaşmanı qəbul edərək BCH-ə olan dəstəyini iki dəfə artırdı.

Mədənçilik hovuzu mədənçilik xərclərinin toplanmasından pul qazanır. Ancaq bu xərclər artıq “Antpool”-un əzarətində olmayan bir ünvana göndərilir. Bu durum hovuz tərəfindən kəşf edilmiş hər mədən blokunda qüvvəsini saxlayacaqdır.

Bu qərar tamimilə könüllü olaraq verilib. Şirkət dövriyyədə olan BCH miqdarını aktiv şəkildə azaldaraq Btcoin Cash-i daha çox dəstəkləmək istəyib. Əməliyyat haqqının 12% -i hələ də kiçik olsa da, Bitcoin Cash-a tələbatın artması təminata kömək edir.

BCH blok zəncirinin üzərində qurulacaq daha çox tətbiq gözləntisi əməliyyat sayı da arta bilər. “Antpool” buna əsaslanaraq mədənçilik xərclərinin artmasının insanların BCH hesablarını öz əllərində saxlaması üçün yaxşı təşəbbüs olduğunu düşünür.

Bu qərarın necə nəticələnəcəyi məlum deyil. Komanda Bitcoin sahiblərinin BCH-nin böyüməsindən faydalanmalarına inanır. Bu, qeyri-adi yanaşma hesab edilir. Digər mədənçilik hovuzları da bu istiqamətdə addım ata bilərlər.

Heç kim Bitcoin Cash-in kriptovalyuta sektorunda böyük iz burazdığını inkar edə bilməz. Bitcoin, Ethereum və hətta XRP ilə müqayisədə bazar dəyəri az olsa da, bazarda qalıcı olduğunu nümayiş etdirib. Bir çox yeni layihələrlə BCH-in daha da böyüməsi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276