BİRJA

Bitcoin almağın əsl vaxtıdır
20 APREL
268

Bitcoin almağın əsl vaxtıdır

2018-04-20 12:34:00

Son Bitcoin qiyməti hadisələri yeni müzakirələrə səbəb oldu. Bir kriptovalyuta fondunun rəhbərinin sözlərinə görə, Bitcoin sürətlə artacaq.

Almaq üçün ideal vaxtdır

San-Fransiskoda yerləşən blockchain investisiya firması “Pantera Capital”-ın CEO-su Den Morehedin fikrincə, əvvəlki günlərdəki Bitcoin-in qiymət enişinə məruz qalması yenidən baş verməyəcək.

Morehed açıqlamasında Bitcoin-in firmasının iş həyatına daxil olduğu 5 il ərzində illik olaraq 165% nisbətində bir böyüməyə sahib olduğunu bildirib. Bununla yanaşı, bir texniki göstəricini izləyicilərlə bölüşüb:

“Belə inanılmaz nisbətdə böyüyən bir şey nadir hallarda 200 günlük enişlər yaşaya bilər. Əmin olun ki, sərmayə qoymağın əsl vaxtıdır”.

O, həmçinin bunları deyib:

“Yüksək olduğu vaxtlardakı nisbətlə müqayisədə 65% aşağıdır və bu fürsətdən yararlanmaq lazımdır”.

Gündəmi yaxından izləyən bir çox istifadəçinin də bildiyi kimi Morehed Bitcoin haqda yaxşı proqnozları ilə yadda qalıb.

“Pantera Capital”-ın CEO-su fevralda verdiyi açıqlamada təşkilati investorların kriptovalyuta bazarına nadir hallarda daxil olduğunu və bunun sayəsində inkişaf və tərəqqi üçün çox sahə buraxdıqlarını vurğulayıb.

“Korporativ investorların bu bazara girməsi mövzusunda elə bir istək var ki, ortada kimsənin istəmədiyi yarım trilyon dollarlıq mal varlığı eləcə də qalır. Bu, çox nadir hallarda görülən haldır. Bitcoin hələ də korporativ sərmayəçilər tərəfindən az alınma nisbətinə malikdir”.

Den Morehed 2018-ci il üçün Bitcoin-in qiymətinin 20 min dollara çatacağını proqnozlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256