BİRJA

Maliyyə Nazirliyi 35 mln. manatlıq istiqraz yerləşdirib
17 APREL
117

Maliyyə Nazirliyi 35 mln. manatlıq istiqraz yerləşdirib

2018-04-17 16:45:00

Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104003683 ISIN kodlu, tədavül müddəti 364 gün olan 35 mln. manatlıq dövlət istiqrazları üzrə hərrac keçirilib.

Fins.az Nazirliyə istinadən xəbər verir ki, istiqrazlara investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 137,4 mln. manat təşkil edib.

Dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 92,5841 (gəlirlilik 8,9%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə tarixi 16 aprel 2019-cu ildir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0771
  • ₽ RUB
    0.0276