BİRJA

Məşhur şirkət gizli tərəfdaşını açıqlayır
17 APREL
182

Məşhur şirkət gizli tərəfdaşını açıqlayır

2018-04-17 15:38:00

Spekulyasiyalar və şübhələr ötən ay “Verge”-nin [XVG] qərarları ilə başldı. Ümumilikdə 75 milyon XVG toplama hədəfləri vardı. Bu maliyyə kampaniyası gələcəkdə ortaya çıxacaq bir sirli tərəfdaşlığın səbəbi idi.

Bu vaxt gəlib çatdı. “Verge”-nin rəsmi “Twitter” hesabında bunlar öz əksini tapdı:

“Aprelin 17-sidir! “Verge”-də işləyən hər kəs bu günü çoxdan gözləyirdi. Xüsusilə, ledger nano və ortağımızla ödəniş şəbəkə keçidi səviyyəsində “Verge” inteqrasiyası məsələlərində irəliləyişi qeyd edirik”.

Bəzi təsdiqlənməmiş xəbərlər naməlum ortağın “TokenPay” olduğuna işarə etdi. “TokenPay” bu gün səhər saatlarında “VergeLife”-ın səhifəsində bunları qeyd etdi:

“Verge Currency”-nin “TokenPay” və “Verge Fam”-in yaxşı niyyətli hədiyyələriylə bacardığı tərəfdaşlığın böyüklüyünə bağlı bir elan:

17 aprel, Avropa vaxtı ilə saat 10:00-da

Ümumi inanclar və səylər qarşısıalınmaz uğurlu sinerji təmin edir”.

Bu, “TokenPay”-ın CEO-su Derek Kapo tərəfindən yazılan rəsmi “tweet”-lə aydınlaşdı:

“TokenPay”-ın “Verge”-nin sirrli partnyoru olduğu mövzusunda çox fərziyyə var, cavab isə xeyrdir. Kriptovalyuta cəmiyyətinin daha çox əməkdaşlığa ehtiyacı var”.

Ekspertlərin iddia etdiyi kimi, kütləvi fond XVG-nin qiyməti üzərində bəzi vacib təsirlər yaratdı.

“Verge” sürətlə böyüdü, ötən həftə müsbət qrafikə düşdü. XVG 0,082 dolara çatdı.

Bazarda yayılmış bir çox fərziyyələrlə əlaqədar insanlar müxtəlif şərlər verdilər.

Skeptiklərdən biri olan Conni Hernandez bunları deyib:

“Ortaqlığınızı qurmaq üçün cəmiyyətdən pul almaqdan utanmalısınız. “Verge” və ledger inteqrasiyasının yalnız 20 min dollar tutduğunu unutma iddialarını görürəm”.

Digər bir investor Edvardın fikri belə olub:

“NANO inteqrasiyası üçün hədiyyə almağı saxtakarlıq adlandırmazdım. Bu, kütləvi maliyyələşdirməni istifadə etmək üçün kifayət qədər qanuni bir səbəbdir”.

XVG sahibi olan Stiv Simon:

“Bu komanda ürəyini ortaya qoydu. “Verge” ailəsi ən yaxşı token topluluğudur. Ancaq bu topluluq təməlli coinin mərkəzində daha yaxşı bir dünya üçün məsuliyyətin bölüşdürülməsi var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254