BİRJA

“Mastercard” blockchain texnologiyasından istifadə edə bilər
17 APREL
386

“Mastercard” blockchain texnologiyasından istifadə edə bilər

2018-04-17 02:04:00

“Mastercard”-ın son patent müraciəti ondan xəbər verir ki, ödəniş nəhəngi şəxsi məlumatları qprumaq üçün blockchain texnologiyasını ən yaxşı vasitə hesab edir.

Amerika Birləşmiş Ştatları Patent və Marka Ofisi tərəfindən dərc olunan müraciətdə “Mastercard” semi-private (yarı xüsusi) və private (xüsusi) blockchain texnologiyasının ad, ünvan, vergi nömrəsi kimi məlumatlarını yığmaq və saxlamaq üçün istifadə edəcəyi bir sistemdən bəhs edir.

“Şəxsi məlumatların saxlanılması üçün blockchain texnologiyasının istifadəsi yaxşı identifikasiyası təmin edən məlumatlar üçün sabit saxlama sahəsinin yaradılmasına imkan yarada bilər”.

Müraciət, bu sistem ilə hər bir vahid üçün bir ictimai açar və və “coğrafi səlahiyyət” ilə əlaqələndiriləcək bir “data fayl” yaradılacağını bildirir. Bir “əməliyyat serverinin hash modulu” nəticə olaraq hər vahid üçün bir “şəxsiyyət dəyəri” meydana gətirə bilər və blockchain-ə ən son əlavə edilən blokun qeydiyyatını tuta bilər.

“Mastercard”-ın tövsiyə etdiyi şəbəkə məlumatların ötürülməsi üçün müəyyən qovşaqlara icazə verir. Bu qovşaqlar tətbiqin “orada saxlanılan məlumatların həqiqiliyini təhlükə altına ala biləcək məlumatların əlavə edilməsinə” mane ola bilər.

Daha sadə desək, sistemdəki şəxsi məlumatları yeniləyə bilən yeganə şey “Mastercard”-da təsdiqlənən qovşaqlardır.

Şirkətdən verilən açıqlamada bunlar qeyd olunub:

“Bu tərz nümunələrdə vahidlər üçün səhv şəxsiyyətin doğru olmadığını sübut etmək çətin ola bilər, çünki bu şəxsiyyəti təsdiqlənməmiş bir kimsə və ya vahidlə qarlılıqlı təsirə səbəb olacaq. Bundan dolayı, şəxsi məlumatlar üçün yalan və səhvlərin önünə keçə biləcək sabit bir saxlama sahəsi hazırlamaq məqsədilə texniki bir həllğ ehtiyac var.

“Mastercard” bu günədək blockchain texnologiyası üçün bir çox patent müraciəti etmişdi. Bir müraciəti kriptovalyuta istifadəçiləri üçün geri ödəniş xidmətlərini asanlaşdıran infrastruktur yaratmaq idi, digər bir müraciət isə blockchain əsaslı ani ödənişlər alına bilən və bununla da əməliyyat müddətini azaldan bir məlumat bazasından bəhs edirdi.

Ödəniş texnologiyaları şirkəti ötən həftə blockchain mütəxəssisləri də daxil olmaqla, 175 yeni texnologiya developerinin İrlandiyadaişə götürüləcəyini elan etmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253