BİRJA

Mədənçiliklə bağlı çox vacib irəliləyiş
16 APREL
226

Mədənçiliklə bağlı çox vacib irəliləyiş

2018-04-16 01:23:00

Çinin kriptovalyuta mədənçiliyi sektorundakı şirkəti “Bitmain” Vaşinqtonda mədənçilik obyektləri qurmağa yaxındır.

Valla Valla əyalətinin iqtisadi inkişaf qurumu – “The Port of Walla Walla” – “Bitmain”-in yeni kriptovalyuta mədənçiliyi müəssisəsini açmasına imkan verəcək orpağın icarəyə götürülməsi və satın alınması prosesinə səs çoxluğu ilə qərar verib. Şirkətin “Ant Creek” adlı bu törəmə şirkəti bir il sonra satın ala bilmək imkanı ilə 10 akre (1 akre=4840 yard) ərazi icarəyə götürəcək.

Yerli xəbər agentliyi “Union Bulletin”-in məlumatına görə, “Ant Creek”-in andlaşmanı tamamlamaq üçün şərtləri qəbul etməlidir. Bu da onlara aylıq təxminən 4700 dollara başa gələcək.

“Union Bulletin” şirkətin baş direktoru Ceff Stirnsin şirkəti iki fərqli CEO-ya sahib həm bir blockchain şirkəti, həm də süni intellekt şirkəti olaraq təyin etdiyini vurğulayıb. Həmçinin, mədənçilik avadanlıqları mövzusunda dünyanın ən böyük qlobal şirkəti kimi təsvir edib.

Şimali Amerikada ən ucuz elektrik sahələrindən birinə sahib olan Valla Valla sakinləri şirkətin mahalda istifadə edəcəyi enerjinin miqdarı barədə narahatlıqlarını ifadə ediblər.

Yerli vətəndaş olan Robb Linkolnun münasibəti belə olub:

“Elektrik sərf edir və mahalın inkişafına kömək etmədən yalnız sahibinə qazanc gətirir”.

Bu şikayətlər tezliklə artdı və miqyasını genişlətdi. Digər bir sakin Rahip Frezeym isə kriptovalyutalara ümumi bir tənqid kimi bunları bildirib:

“Bu, qanuni işlərdə istifadə edilmir. Bu proses 2 şey üçün işlədilir və onlar qanunla birjadan gizlətmək istədiyiniz əməliyyatlardan heç də fərqli deyil”.

Digər bir Vaşinqton vilayətində səlahiyyətlilər yeni kriptovalyuta mədənçiliyi əməliyyatlarının yol açdığı elektrik sərfiyyatını araşdırmaq üçün dondurma əməliyyatı elan etdi. Mason əyalətinin rəsmiləri Çelan mahalındakı mədənçilik əməliyyatlarını müvəqqəti olaraq dondurmağı qərara aldılar.

Eyni şəkildə, Kuebek bölgəsinin rəhbərləri də yaxın vaxtda “Hydro-Quebec” şirkətinə çoxlu tələb səbəbiylə mədənçilik şirkətləri tərəfindən gələn xidmət istəklərini müvəqqəti olaraq dayandırmasını istəmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273