BİRJA

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 3,6 dəfə üstələyib
10 APREL
296

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 3,6 dəfə üstələyib

2018-04-10 17:58:00

Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105006693 ISIN-li, 30 mln. manatlıq, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az xəbər verir ki, hərraca 10 investor qiyməti 93,0697 manat (12%) - 100,0363 manat (7,98%) olan 21 sifariş təqdim edib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100 manat (8%), orta ölçülmüş qiyməti isə 100,0029 manat (7,9984%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 107 743 600 manat, yerləşdirilmiş məbləği isə 30 mln. manat təşkil edib. 

İstiqrazların ödəmə tarixi 7 aprel 2020-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256