BİRJA

Bitcoin qızıla rəqib olacaq
06 APREL
372

Bitcoin qızıla rəqib olacaq

2018-04-06 16:30:00

Bazara çıxdığı gündən bu yana Bitcoin əməliyyatlarının ümumi həcmi 6 trilyon dolları keçib, Bitcoin-in günlük əməliyyat həcmi isə son 200 günlük dövr aralığında 10 milyar dollar civarında müəyyən edilir.

Mütəlif məlumatları birləşdirərək Bitcoin ilə bağlı belə statistikaları dərc edən Josia Hernandezin fikrincə, bu nəticələr qiymətin enməsinə baxmayaraq, kriptovalyutanın məşhurluğunu qoruduğuna işarədir.

Məsələ ilə bağlı fikirlərini bildirən məşhur investor Treys Meyer də Bitcoin-in qimətinin enməsinə baxmayaraq, tarixinin ən yaxşı günlərini yaşadığını bildirib. O, həmçinin bunları deyib:

“200 günlük həcmə baxdıqda bu rəqəmin 2 trilyon dollar olduğunu görürük. Bitcoin gün keçdikcə daha sağlam olur və yaxşılaşır. Bitcoin nə vaxtsa belə təhlükəsiz, etibarlı və güclü olmamışdı”.

Bitcoin ən yaxşı günlərini yaşayır?

Bu il investorları ümidsizliyə sövq edən Bitcoin müxtəlif qurumlar tərəfindən növbəti dəfə balon adlandırılmağa başlayıb.

Bu həftəni 7000 dollar civarında keçirən Bitcoin haqda bəzi mütəxəssislər enişin sona çatdığını, bəziləri isə təzə başladığını söyləyir.

Məsələn, məşhur analitik Toun Veys verdiyi açıqlamada Bitcoin üçün ən aşağı səviyyənin 4900 dollar olduğunu bildirmişdi.

Nəticə nə olursa olsun, Bitcoin-in nüfuzunun böyük olduğu dəqiqdir.

“Twitter”-in CEO-su Cek Dorsi də verdiyi açıqlamada Bitcoin-in internetdə istifadə ediləcək yeganə valyuta vahidi olacağına inandığını qeyd etmişdi. Bunun səbəbi kimi şəbəkə haqqının və əməliyyat sürətinin dəyişməsini göstərib.

“Okcoin” şirkətinin köhnə idarəçilərindən olan Neyl Vudfayn verdiyi açıqlamada Bitcoin haqda bunları bildirib:

“Bitcoin nəhayət ki, pul problemini həll edən bir vasitə oldu. Belə davam edərsə, fikrimcə, iqtisadiyyat dünyasında qızılın yeni rəqibi olacaq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258