BİRJA

Dünya çempionatında Bitcoin-dən istifadə olunacaq
01 APREL
449

Dünya çempionatında Bitcoin-dən istifadə olunacaq

2018-04-01 02:10:00

Bu il 14 İyun – 15 İyul tarixləri arasında Rusiyada reallaşacaq futbol üzrə dünya çempionatı üçün hazırlıqlar pik nöqtəyə çatıb. Rusiyanın Kalininqrad şəhərindəki otellər tərəfdarların yerləşmə xərclərini kriptovalyutalarla ödəmələri üçün şərait yaradıb.

“Apartments Malina Hotel”-in sahibi verdiyi açıqlamada bu xidməti təqdim etmək üçün otellərin yerli ödəniş təminatçısı olan “Free-Kassa” ilə güclərini birləşdirdiyini söyləyib. Otelin sahibi Anna Malbotina bunları bildirib:

“Kriptovalyutalara olan maraqdan xəbərdarıq. Vaxt keçdikcə ödəniş aləti kimi istifadə ediləcək. Biz də azarkeşlərin bu sistemdən yararlanmaları üçün əməli addımlar atacağıq”.

2018-ci il dünya çempionatı Rusiyada təşkil edilən ilk beynəlxalq futbol turniri olması baxımından maraq olduqca böyükdür. Matçlar 11 şəhərdə 12 stadionda keçiriləcək. Rusiya turnir ərzində Belçika, Xorvatiya, İngiltərə, İspaniya Serbiya, İsveçrə, Nigeriya və digər ölkələrdən gələn azarkeşləri qəbul edəcək. Otelin qiymətləri 300 dollardan yuxarıdır.

“Free-Kassa”-nın layihə inkişaf direktoru Vitali Lavrovun əməkdaşlıq haqdakı fikri belə olub:

“Bu, bizim üçün maraqlı bir təcrübə olacaqdır. İndiyə qədər otellərlə işləməmişik. Otelçilik sektorunun yeni trendlər mövzusunda çox həssas olduğunu bilirik.

Hər nə qədər bu ödənişlərin qanuni bir dayağı hələlik olmasa da, Rusiya hökumətinin bu mövzuda işlərə başladığı ötən həftələrdə mətbuatda əks olunmuşdu. ICO və mədənçilik fəaliyyətləri üçün yeni qaydaların siqnalı verilmişdi.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257