BİRJA

“Bithumb” bu ölkədə Bitcoin bankomatları quraşdıracaq
10 MART
518

“Bithumb” bu ölkədə Bitcoin bankomatları quraşdıracaq

2018-03-10 17:04:00

Cənubi Koreyanın ən böyük kriptovalyuta birjalarından olan “Bithumb” ölkədə Bitcoin bankomatları və köşkləri qurmağı planlaşdırır. “Bithumb” 3 böyük şirkətlə tərəfdaşlıq müqaviləsi imzalayıb. Bunlar “Uno Space”, “TROS Systems” və “IYU”-dur. Operatorun tipinə görə fərqlənən müxtəlif bankomatlar vətəndaşların ixtiyarına veriləcək.

“ZDNet Korea”-nın məlumatına görə, “Bithumb” “Touch B” adlı öz bankomatını inkişaf etdirir. “Bithumb” öz köşklərini istehsal etməsə də, bunun üçün proqram təminatını təmin edəcəkdir. Şirkətdən verilən açıqlamada bunlar qeyd olunub:

“Köşk kiçik sahibkarlar üçün səmərəli olacaq və daha az xərc tələb edəcək. Gələcəkdə sahibkarlar üçün bu cür həllər təqdim etməyə davam edəcəyik”.

“Bithumb” kriptovalyutalarla əməliyyatların önünü açacaq üç yeni xidmət üçün düyməni basdı. Bunlardan ikisi “Touchpad” və “Touchbone”-dir. Biznes seçimlərindən asılı olaraq, bu qurğular əsas satış fəaliyyətlərini idarə etmək üçün müvafiq infrastruktur dəstəyi verəcəkdir.

“Bithumb” həmçinin “Bithumb Cache” adlı bir ödəmə layihəsi üzərində işləyir. Həmin layihə sayəsində müştərilər “Bithumb” sərmayələri ilə ödəniş etmək istəyərsə, yalnız birja şifrələrini istifadə etməlidirlər.

“Finance Magnates”-də yer alan xəbərə görə, “Bithumb” 50 mindən artıq oteli əhatə edən Cənubi Koreyadakı ən yaxşı xidmət saytlarından biri ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, sifariş saytında qeydiyyatdan keçmiş bütün otellər 12 müxtəlif kriptovalyuta ilə ödənişləri qəbul edəcək.

Bu tərəfdaşlıq haqqında suallara cavab olaraq, “Bithumb”-un mətbuat nümayəndəsi bunları bildirib:

“Ölkədəki ən böyük sifariş saytı ilə olan əməkdaşlığımız vətəndaşların kriptovalyutalardan daha çox təmin etməsinə şərait yaradaraq beynəlxalq trenddə iştirak etməyə imkan verdi. Sadə və olduqca etibarlı kriptovalyutaların daha tez-tez istifadə edilməsi üçün müxtəlif şirkətlərlə danışıqlar aparırıq”.

Cənubi Koreya kriptovalyutalarla ən mürəkkəb əlaqələrə malik ölkələrdən biridir. Statistikaya görə, 1 milyondan çox vətəndaş aktiv şəkildə kriptovalyuta ticarəti edir. Ölkədə təsdiqlənməmiş birja hesablarının istifadəsi qadağan olunsa da, kriptovalyutalar ölkədə investorları cəlb etməyə davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259