BİRJA

Rusiya Blockchain üçün öz platformasını qurmaq istəyir
05 MART
217

Rusiya Blockchain üçün öz platformasını qurmaq istəyir

2018-03-05 23:33:00

Rusiya Blockchain texnologiyasının hökumət səviyyəsində qəbul edilməsi üçün mədənçiliyi ehtiva etməyən bir platforma yaratmaq lazım olduğunu düşünür.

Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar nazirinin köməkçisi Aleksey Kozyirev Kritposredsa forumunda etdiyi çıxış zamanı bir Blockchain sisteminin tətbiq olunmasının uzun müddətdə məlumat saxlanılması, sənədlərin qorunması və təyin etmə formalarının həll edilməsinə köməkçi olacağını ifadə edib. Bu ehtiyacların qarşılanması üçün platformanın birləşdirilmiş və universal olmasının vacibliyini söyləyərək fikrini belə davam edib:

“Təşkilati nöqtədə Blockchain-dəki mövcud həllər çox qərarsızdır. “Tokendata”-nın məlumatlarına görə, yaradılan Blockchain platformlarının 50%-dən çoxu iflas etdi ya da itdi. Əgər hökumətin Blockchain-i necə mənimsəyəcəyindən bəhs etsək, kommersiya təşkilatları tərəfindən yaradılan platformalara çox da etibar edə bilmərik. Bu şəkildə Blockchain texnologiyası üçün öz platformamızı yaratmalıyıq”.

Rusiya Blockchain texnologiyasından istifadəyə keçən il başlamışdı

Hökumət keçən il Blockchain sistemini bir qədər təkmilləşdirdi. Dekabrın əvvəlində rəsmi Moskva yerli səsvermə sistemlərini yaxşılaşdırmaq və aktiv vətəndaşlıq cəhdində şəffaflığı artırmaq üçün Blockchain-dən istifadə etmə mövzusunda pilot bir testə başlamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9817
  • ₽ RUB
    0.0273