BİRJA

İnvestorlar Azərbaycana bonus ödəyəcəklər
10 YANVAR
379

İnvestorlar Azərbaycana bonus ödəyəcəklər

2018-01-10 15:39:00

İnvestorlar Azərbaycana 3.6 mlrd. dollar bonus ödəyəcək. “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında ” düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş üzrə 2018-2025-ci illər ərzində ümumilikdə 3.6 mlrd. ABŞ dolları məbləğində vəsaitin ödənilməsi,  bonus məbləğinin 1-ci hissəsinin  450 mln. ABŞ dolları və ya 774 mln. manatının 2018-ci il yanvarın 31-də ödənilməsi nəzərdə tutulur.

Xatırladaq ki, ötən il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR beynəlxalq tərəfdaş şirkətlərlə bilrikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar.

“Vergilər” qəzetinə istinadən, Saziş Milli Məclis tərəfindən oktyabrın 31-də ratifikasiya olunub. “Yeni Əsrin Müqaviləsi” üzrə AÇG neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Müqavilədə SOCAR-ın payı 11.6%-dən 25%-ə qaldırılıb, Azərbaycana çatacaq mənfəət neftinin nisbəti isə 75% təşkil edəcək. SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi müqavilənin icrasında iştirak edəcək.

Qeyd edək ki, “Əsrin müqaviləsi” çərçivəsində indiyədək yataqdan 436 mln. ton neft hasil edilib və hesablamalara əsasən, yataqda hələ təxminən 500 mln. ton neft ehtiyatı var.

© BBN.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259