BİRJA

Harvard Professoru: Dövlətlər Bitcoinin sonunu gətirəcək
10 YANVAR
272

Harvard Professoru: Dövlətlər Bitcoinin sonunu gətirəcək

2018-01-10 14:10:00

Harvard Professoru Kennet S. Rogoff Bitcoinin özü ilə bərabər gətirdiyi maliyyə anonimlik riskinin dövlətləri sıxıntıya salacağını və bu səbəblə dövlətlər Bitcoinin sonunu gətirəcək tənzimləmələr irəli sürəcəyini söyləyib.

Harvardın bəzi iqtisadiyyat professorları Bitcoinin uzun sürəcək bir mübarizə sonunda yox olacağına inanır. Bu professorlara son olaraq Professor Kenneth S. Rogoff da qatıldı. Rogoff kripto koinin gələcəyi ilə əlaqədar bu sözləri dilə gətirdi

"Rəqəmsal pullar ilə kiçik miqdarda gizli əməliyyatlar ... ən başda bu qəbul edilə bilən olsa da məbləğ böyüməsi ilə vergi almaq və cinayətləri təqib etmək çətinləşəcək."

Hökumətlərin kripto pulları limitləmək istəyəcəyi bir həqiqətdir. Çünki Çinin ICO-ları qadağan etdiyini və Bitcoin birjalarındakı ticarəti əngəlləməyə çalışdığını bilirik. Yenə də bu qadağalara baxmayaraq uzun perspektivdə dövlətlərin kripto valyuta ticarətini tamamilə qadağan etməsi üçün internetə girişin qarşısının alınması lazımdır. Bu da demək olar ki, qeyri-mümkündür ...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259