BİRJA

TON - adı veriləcək yeni koin
10 YANVAR
272

TON - adı veriləcək yeni koin

2018-01-10 11:35:00

Kripto valyuta dünyasında məşhur tətbiqlərdən biri olan Telegram, öz rəqəmsal valyutasını yaradır. Teleqram bu layihəni başlamaq üçün ICO prosesinə girməyi də planlaşdırır. Teleqram Open Network (TON) adı veriləcək yeni koin ilə istifadəçilər Teleqram tətbiqini istifadə edərək bir-birləriylə pul transferi qura və tətbiq içərisindəki restoranlardan və ya mağazalardan sifariş verə biləcəklər. İstifadəçilərə həmçinin xidmət aldıqları şirkətlərin hesablarını ödəmək şansı da verilməsi planlaşdırılır.

Populyar tətbiqlərə liderlik edə bilər

Ötən günlərdə Facebookun qurucusu Mark Zuckerbergin kripto valyutalara olan marağını açıqlaması və indi də bu xəbərin yayilmasıyla birlikdə populyar tətbiqlərin "blockchainləşmə" dövrünə girdiyini rahatlıqla deyə bilərik.

Teleqram burada tutacağı uğur ilə Facebookdan başqa, Twitter, Snapchat və Instagram kimi platformalara da ilham qaynağı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259