BİRJA

Trumpdan kripto valyutalara vergi
31 DEKABR 2017
545

Trumpdan kripto valyutalara vergi

2017-12-31 14:43:00

Yeni ABŞ Vergi Qanun Layihəsi Kripto valyuta ticarətini müzakirəyə çıxartdı

ABŞ Prezidenti Trumpın bütün ABŞ-dakı kripto ticarətləri, kapital mənfəət vergisi adı altında vergi qoyacaq bir qanun layihəsini imzalaması gözlənilir.

Tax Cuts və Jobs Act adlı layihələr ötən günlərdə həm Senat, həm də Nümayəndələr Məclisi tərəfindən təsdiq olundu və Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump tərəfindən imzalanması gözlənilir. Goodwin Procter LLP hüquqşünası Kelsey Lemastera görə, yeni layihə kripto valyuta alım satımlarının vergiyə cəlb edilməsi üçün bir əməliyyat olduğunu bildirir.

Lemaster və digər bəzi hüquqşünaslara görə, layihə qanun halına gəldikdən sonra, kripto ticarətiylə əlaqədar tərəflər sərmaye mənfəət vergisini gecikdirməyəcəklər. Tərəflər həmçinin qiymət artımı ehtimalınaqarşı, öz kriptoqrafik pul köçürmələrindən vergi ödəmələrini həyata keçirəcəklər.

Ekspertlərə görə Trump bu qanunvericiliyi təsdiqləyəcək kimi görünür. Əgər imzalayarsa, qanun 1 Yanvar 2018-ci ilden etibarən qüvvədə olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259