BİRJA

Maliyyə Nazirliyinin istiqrazları üzrə hərracda 7 investor tərəfindən 13 sifariş təqdim edilib
05 DEKABR
140

Maliyyə Nazirliyinin istiqrazları üzrə hərracda 7 investor tərəfindən 13 sifariş təqdim edilib

2017-12-05 19:40:00

Dekabrın 5-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 20 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildiriblər ki, hərrac zamanı 7 investor tərəfindən qiyməti 86.5422 AZN və 102.4977 AZN olan 13 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.0000 AZN, orta ölçülmüş qiyməti 100.9205 AZN müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 55,351,400.00, yerləşdirilmiş həcmi isə 20 milyon manat təşkil edib. İstiqrazlar 2020-ci il dekabrın 1-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289