BİRJA

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
15 NOYABR
238

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

2017-11-15 17:30:00

14 noyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106002642 ISIN-li, 10 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiyməti intervalı 100.0000 AZN (15.0000%) və 114.0704 AZN (9.50000%) olan 9 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 105.8458 AZN (12.5999%), orta ölçülmüş qiyməti 109.3694 AZN (11.2349%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 213 000,00 yerləşdirilmiş həcmi isə 10 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi – 10 noyabr 2020-ci il.

Hərrac iştirakçıları 15 noyabr 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291