BİRJA

İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
06 NOYABR
102

İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

2017-11-06 09:59:00

8 noyabr 2017-ci il tarixində BFB-də “Azərbaycan İpoteka Fondu” ASC-nin 25 000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 005.0833 manat qiyməti ilə satışa çıxarılacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 16 avqust 2017-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 AZN təşkil edir. Bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Qeyd edək ki, baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291