BİRJA

Qiymətli kağızlar bazarındakı gəlirlərin vergidən azad edilməsi təklif olunur
17 OKTYABR
248

Qiymətli kağızlar bazarındakı gəlirlərin vergidən azad edilməsi təklif olunur

2017-10-17 12:30:00

Azərbaycanda kapital bazarının inkişafı ölkədəki banklara daha ucuz və uzunmüddətli vəsait cəlb etməyə, onların əlində daha çox maliyyə alətinin olmasına imkan verəcək.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının dövriyyəyə buraxılmasının ildönümü ilə bağlı keçirilən “Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər” adlı tədbirdə “PAŞA Holdinq” MMC-nin İdarə Heyəti sədrinin I müavini Cəlal Qasımov deyib.

Bundan başqa, onun sözlərinə görə, kapital bazarının inkişafı həm də korporativ müştərilərin işini asanlaşdıra, onların banklardan asılılığını azalda, investorlara birbaşa çıxış imkanlarının yaranmasına səbəb ola bilər: “Amma bunun üçün makroiqtisadi sabitlik olduqca vacibdir”.

C.Qasımov hesab edir ki, qiymətli kağızlar bazarının inkişafı üçün müvəqqəti də olsa bu sahədən əldə olunan gəlirlər, investorlara ödənilən dividentlər vergidən azad edilməlidir.

Xatırladaq ki, hazırda yalnız Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarından əldə olunan gəlirlər vergidən azaddır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287