BİRJA

ABŞ 2018-ci il üçün neft proqnozlarına dəyişiklik edib
13 SENTYABR
258

ABŞ 2018-ci il üçün neft proqnozlarına dəyişiklik edib

2017-09-13 11:38:00

ABŞ-da neft hasilatı üzrə artım tempinin 2018-ci ildə yavaşlayacağı və 9,84 mln. barel/gün təşkil edəcəyi proqnozlaşdırılır. Fins.az-ın verdiyi məlumata görə, bu məlumat ABŞ Energetika Nazirliyinin 2018-ci il üçün neft bazarı proqnozları ilə bağlı sentyabr hesabatında yer alıb. Qeyd edək ki, avqust ayında açıqlanan proqnozda 2018-ci ildə hasilatın 9,91 mln. barel/gün olacağı ehtimal edilirdi.

Həmçinin, 2018-ci ildə neftə tələbatın proqnozu avqust hesabatı ilə müqayisədə 70 min barel/gün azaldılaraq 99,95 mln. barel/gün təşkil edib. Dünya neft hasilatı proqnozu isə 100,21 mln. barel/gündən 100,28 mln. barel/günə yüksəldilib.

Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı son 4 həftədən 3-ündə azalma göstərib. Neft hasilatı isə fevral ayından bugünədək ilk dəfə 9 mln. barel/gün səviyyəsindən aşağı düşüb. Buna səbəb, ABŞ-da tüğyan edən qasırğalar olub. ABŞ Energetika Nazirliyi bu səbəbdən 2017-ci il üçün ölkə üzrə orta gündəlik neft hasilatı üzrə proqnozunu 9,35 mln. bareldən 9,25 mln. barelə endirib.

Nazirlik avqust proqnozu ilə müqayisədə 2018-ci il üçün "WTI" markalı neftin qiymət proqnozunu 48,88 dollar/bareldən 48,83 dollar/barelə qədər azaldıb, "Brent" neftinin qiymət proqnozunu isə 51,58 dollar/bareldə saxlayıb.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289