BİRJA

“Azəri-Çıraq-Günəşli” üzrə yeni kontrakt Azərbaycana əlavə investisiyalar gətirəcək
08 SENTYABR
270

“Azəri-Çıraq-Günəşli” üzrə yeni kontrakt Azərbaycana əlavə investisiyalar gətirəcək

2017-09-08 15:11:00

“Şahdəniz-2” layihəsi çərçivəsində Bakı Gəmiqayırma Zavodunda inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində iştirakı zamanı Prezident İlham Əliyev “Bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur. Biz, o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var” fikirlərini səsləndirib.

“Məlumdur ki, SOCAR və BP-nin əməliyyatçısı olduğu ABƏŞ “Azəri-Çıraq-Günəşli” yatağının 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini imzalayıblar. Əslində indiyə qədər “Azəri-Çıraq-Günəşli” yatağından təqribən 3 milyard bareldən bir az çox neft çıxarılıb. Yatağın isə ümumi ehtiyatı 7 milyard bareldən çoxdur. Yəni yatağın hələ işlənməsi potensialı böyükdür”.

Parlament üzvü bildirib ki, razılaşmanın imzalanması Azərbaycana yeni investisiya və yeni texnologiyalar gətirəcək:

“Yan effekt olaraq iqtisadiyyatın digər sahələri də investisiya cəlb edəcəklər. Eyni zamanda, hələ uzun müddət ölkənin neft hasilatı və satışından müntəzəm gəlir gətirməsini təmin edəcək. Bu isə əlavə imkanlar hesabına Azərbaycanda innovativ iqtisadiyyatın qurulmasına dəstək yönümündə böyük təkan olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287